İsraildə 3 avtobus partladıldı

21 Fevral 2025 03:22 (UTC+04:00)

İsrailin paytaxtı Təl-Əvivin 50 kilometrliyində yerləşən Bat Yam şəhərində 3 avtobus partlayıb. SİA xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

İlkin məlumata görə, avtobusların içərisinə partlayıcı qurğular yerləşdirilib. Partlayışlar demək olar ki, eyni vaxtda baş verib.