Bakıda kommunal strukturlar gücləndirilmiş rejimdə işləyir

20 Fevral 2025 22:30 (UTC+04:00)

Axşam saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

SIA xəbər verir ki, xüsusi təyinatlı texnika tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bununla əlaqədar müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb.

Ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-ə yaxın işçi qüvvəsi cəlb edilib.