“Fənərbağça” Cengiz Ündərin ABŞ klubuna icarəyə verildiyini açıqlayıb

20 Fevral 2025 18:36 (UTC+04:00)

Türkiyə millisinin və “Fənərbağça”nın futbolçusu Cengiz Ündər karyerasını ABŞ-da davam etdirəcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Los-Anceles” klubu ilə anlaşıb.

Təcrübəli oyunçu MLS təmsilçisi ilə bu ilin iyun ayınadək icarə müqaviləsi imzalayacaq. Futbolçu transfer danışıqlarını yekunlaşdırmaq üçün ABŞ-a yollanıb.

Qeyd edək ki, Cengiz Ündər “Fənərbağça”ya 2023-cü ilin avqust ayında Fransanın “Marsel” klubundan keçib.