Bakıda dələduzluq edənlər tutuldu

20 Fevral 2025 16:01 (UTC+04:00)

Nəsimi rayonu ərazisində bir vətəndaşın dələduzluğa məruz qalması və 10550 manatının ələ keçirilməsi barədə polisə məlumat daxil olub. SİA xəbər verir ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı S.Mahmudov müəyyən edilərək saxlanılıb.

Bundan başqa Binəqədi rayonu ərazisində vətəndaşın etibarından sui-istifadə edərək 2500 manatını ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı E.Şahmuradovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.

Araşdırmalar aparılır.