"Ailəm işimi dəstəkləyir" - Aydan Kərimova

20 Fevral 2025 13:02 (UTC+04:00)

"Ali təhsilliyəm. Təhsilimi bitirdikdən sonra, elanı gördüm maraqlı gəldi". SİA xəbər verir ki, bu sözləri yeni qadın maşinist Aydan Kərimova deyib.

Onun sözlərinə görə, fikirləşdim ki, maşinist peşəsində xidmət edə bilərəm: "Cv-ni göndərdikdən sonra, qəbul etdilər. Burada əvvəlcə mərhələlərdən keçdim. Mərhələlər 3 ay nəzəri, 3 ay praktiki formada olur.

Nəzəri məşğələlərdə qatarın konstruksiyaları öyrədildikdən sonra praktiki məşğələlərə başladıq, nəzarət edilmək şərtilə qatarı idarə etdik. Ümumi 8 aydır artıq bu işdə fəaliyyət göstərirəm.

Öz ixtisasım “Metrologiya standartaşdırma və sertifikasiya mühəndisliyi”dir.

Bura gəldikdən, qatarı idarə etdikdən, iş rejimini gördükdən sonra işimi daha da sevdim.

Ailəm işimi dəstəkləyir, mənə hər hansı bir qadağa qoyulmayıb".