“Qadın futbolu bizdə o səviyyədə deyil ki, nəyəsə təəccüblənək”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, futbol üzrə qadınlardan ibarət U-19 millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığmasına (4:0) hesabla məğlub olmalarını şərh edib.
Sultanov vurğulayıb ki, bu nəticəni normal qarşılamaq lazımdır: “Bu cür komandalara qarşı performansımız yoxdursa olduğu kimi yanaşmalıyıq. Əgər inkişafdan danışırıqsa qadın futbolunada diqqəti artırmalıyıq. Bu futboluda qaldırmağa çalışmalıyıq. Hər bir inkişafda bu gün qadın futbolundan görürük ki, heç bir informasiya yoxdur. Mənim özüm futbolun içindəyəm amma bunla bağlı geniş informasiyam yoxdur. Biz qadın futboluna diqqət yetirib, çempionatın necə keçirilməsi ilə bağlı məlumat əldə edib, problemləri yoluna qoymalıyıq. Olmayan şey barədə danışmaq mənə çətin gəlir”.