DİQQƏT: İrandan Azərbaycana hücum olub

20 Fevral 2025 12:22 (UTC+04:00)

"Qlobal" Media Qrupuna haker hücumu başlayıb. SİA xəbər verir ki, media qrupuna daxil olan saytlara giriş məhdudlaşıb. Report İnformasiya Agentliyinə daxil olduqda isə xüsusi səhifə açır. Burada Qurandan bir ayə yerləşdirilib: "Həcc surəsi, 39-cu ayə: (Kafirlərin ) vuruşa başladığı insanlara, (o kafirlərlə) (vuruşmağa) icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir".

Hücumun İran hakerləri tərəfindən edildiyi bildirilir.