Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır

20 Fevral 2025 12:03 (UTC+04:00)

Ağdam şəhərində “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi yaradılır. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam Qarabağ tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, Pənahəli xan tərəfindən əsası qoyulan Qarabağ xanlığı barədə tarixi faktların təbliği və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.