"Nikol Paşinyan Ermənistan xalqına və tərəfdaşlarına dünən müraciətində bildirdi ki, ölkədə real Ermənistanın ideyalarını əhatə edəcək konstusiyaya ehtiyac var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Paşinyan xalqını konstusiya dəyişiklik üçün cağırış etdi. "Bu bilirik ki, Azərbaycanın sülh sazişini imzalaması ilə bağlı əsas şərtlərindən biridir. Təbii ki, digər şərtlərdə var və onlarda öz yerini qoruyub saxlamaqdadır. Amma bu istiqamətdə Ermənistan tərəfindən müvafiq addımlar atılacaqsa, Azərbaycanın şərtləri ilə müvafiq qaydada sülh sazişi imzalanacaqsa bu lap yaxşı olar. Amma yox Paşinyan Ermənistanın maraqlarından deyildə, başqa-başqa ölkələrin maraqlarından çıxış edərək, onların maraqlarının təmin olunması istiqamətində addımlar atacaqsa, yəni sülh sazişinin imzalanmasını gecikdirəcəksə, yaxud da, ayrı-ayrı kənar təsirlərdən istifadə edərək sərhəd boyu istiqamətlərdən təxribatlar törədib, sülh sazişini arxa plana atacaqsa, o zaman bununla bağlı Azərbaycan tərəfi sərt cavab verəcəkdir. Biz təbii ki, kiminləsə müharibə aparmaq istəmirik. Azərbaycan gündəliyi sülh gündəliyidir. Amma bu o demək deyil ki, hər hansı bir təxribatada cavabsız qalacayıq. Hal- hazırda isə top indi tamamilə Ermənistan hakimiyyətindədir. Sülhə doğru addımlar atacaqsa, sülh sazişi bağlanacaq, yox onun tam əksini edəcəksə, bu zaman da lazımı cavabı alacaqdır".