Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib

20 Fevral 2025 11:40 (UTC+04:00)

Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, A.Rasi-zadə bu ordenlə Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif edilib.

Xatırladaq ki, Artur Rasi-zadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.