Ağdaşda qadın əməliyyatdan iki gün sonra ölüb

20 Fevral 2025 09:42 (UTC+04:00)

Ağdaş rayonunda qadın əməliyyatdan iki gün sonra ölüb. SİA xəbər verir ki, Ağdaş rayonu Şəmsabad kənd sakini, 1982-ci il təvəllüdlü Bilalova Şəlalə fevralın 17-də öd daşı xəstəliyindən rayon xəstəxanasında əməliyyat olunub.

Dünən halı pisləşən qadın dünən ölüb.

Faktla bağlı araşdırma aparılır.