Renat Dadaşov Türkiyə klubu ilə müqaviləni ləğv edib

20 Fevral 2025 09:06 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Ankaragücü" klubu ilə müqaviləsini ləğv edib. SİA xəbər verir ki, bu barədə yerli "Sports Digitale" məlumat yayıb.

25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı.

Qeyd edək ki, Renat Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu.