ABŞ başqa ölkələrin nüvə silahı əldə etməsinə icazə verə bilməz - Tramp

20 Fevral 2025 08:16 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir. SİA xəbər verir ki, bu barədə o, Mayamidə keçirilən investisiya forumunda bildirib.

“Əgər bu baş verərsə, dünya məhv olacaq”, - deyə ABŞ lideri nüvə silahının mümkün istifadəsi barədə danışarkən deyib.

Tramp vurğulayıb ki, ABŞ başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilməz.