Türkiyənin terrorla mübarizəsi davam edir

19 Fevral 2025 18:03 (UTC+04:00)

İraqın şimalındakı Qara və Hakurk bölgələrində müəyyən edilən bölücü terror təşkilatı PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

SİA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "Türk Silahlı Qüvvələrimiz terrorçulara göz açmasına imkan vermir! İraqın şimalındakı Qara və Hakurk bölgələrində müəyyən edilən 9 PKK terrorçusu zərərsizləşdirilib. Terror hədəflərini effektiv şəkildə vurmağa davam edəcəyik" ifadələrdən istifadə edilib.