Omanın APA-ya tamhüquqlu, Belarusun isə müşahidəçi üzv statusu təsdiqlənib - YENİLƏNİB

19 Fevral 2025 15:32 (UTC+04:00)

Oman Sultanlığına Asiya Parlament Assambleyasında (APA) tamhüquqlu, Belarusa isə müşahidəçi üzv statusunun verilməsi təsdiqlənib. SİA xəbər verir ki, bununla bağlı APA-nın Bakıda keçirilən 15-ci Plenar Sessiyasında qərar qəbul edilib.