5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb

19 Fevral 2025 11:50 (UTC+04:00)

Beyləqanda 5 yaşlı uşaq dərmandan zəhərlənərək ölüb. SİA-nın əldə etdiyi məlumata görə, 2020-ci il təvəllüdlü Dəniz Tahirli nəzarətsiz olduğundan anasına məxsus dərmanları qəbul edib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma başlanıb.