İlham Əliyev Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub
19 Fevral 2025 11:26 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Azərbaycan və Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanış olub. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.