Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb

19 Fevral 2025 11:19 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,09% artaraq 2 951,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,05% azalaraq 33,35 ABŞ dollarına bərabər olub.