Binəqədidə partlayan su borusu təmir olundu? - QURUMDAN AÇIQLAMA

19 Fevral 2025 11:06 (UTC+04:00)

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Binəqədi rayonu, 28 may qəsəbəsində yerləşən 306 nömrəli məktəbin həyətində su borusu partlayıb. Nəticədə küçə su altında qalıb və sakinlər ciddi narahatlıq yaşayırlar. Küçədə yaranan su gölməçələri nəqliyyatın hərəkətinə və piyadalara çətinlik yaradır.

SİA mövzu ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan ünvada 2 gün öncə su borusunda qəza baş verib: “Elə həmin gün də əraziyə müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilib və borunun fəaliyyəti bərpa edilib”.

Ayşən Vəli