Konsensus əldə etməyə yaxınıq - SAHİBƏ QAFAROVA

19 Fevral 2025 10:50 (UTC+04:00)

APA-nın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə etməyə yaxınıq. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

“APA-ını institiusional potensialının inkişafı, sıralarımızın genişləndirilməsi əsas prioritetlərimizdəndir. APA-nın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə etməyə yaxınıq. Bu da Assembliyanın daha da gücləndirilməsinə şərait yaradacaq. Beynəlxalq siyasətdəki, dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, dünyadakı çoxtərəfli əlaqələr heç vaxt bu qədər vacib olmayıb. Dünya daha parçalanmış və daha az dinc hala gəlib. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini tək başına yerinə yetirib və ərazilərini işğaldan azad edib. Beynəlxalq hüquqa tabe olunmaması, ölkələrin daxili işlərinə qarışmaq bugünkü gərginliklərin səbəb olub. Bunun qarşısını almaq üçün çoxtərəfli əlaqələrin qurulması əhəmiyyətlidir”.