Bəhreyn Krallığı APA sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir

19 Fevral 2025 10:48 (UTC+04:00)

Bəhreyn Krallığı Asiya Parlament Assambleyasının (APA) sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir. SİA xəbər verir ki, bunu Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli Saleh Abdulla Əlsaleh APA-nın Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, APA müasir qlobal sistemdə Asiya xalqlarının səsi olmalıdır:

"Bu səbəblə biz sədrliyə namizədliyimizi irəli sürməyi planlaşdırırıq. Bəhreyn Krallığı bu məsələdə çox həvəslidir və ümid edirəm ki, belə bir fürsət əldə edərək APA-ya öz töhfəmizi vermək imkanımız olar".