Elçin 8 il sonra "Leyli" olan Lalə üçün "Məcnun" oldu

19 Fevral 2025 08:41 (UTC+04:00)

"Gün ortası" verilişinin bugünkü canlı yayımında maraqlı anlar yaşanıb. SİA xəbər verir ki, Əməkdar artist Lalə Məmmədova 8 il sonra yenidən "Leyli" obrazına bürünüb. Canlı olaraq "Leyli və Məcnun"dan bir parça səsləndirən Lalə Məmmədovaya müğənni Elçin Cəfərov da qoşulub. İkili canlı ifaları ilə unudulmaz performansa imza atıblar.