Hovard Lutnik ABŞ-ın yeni ticarət katibi olub

19 Fevral 2025 04:37 (UTC+04:00)

ABŞ Senatı Hovard Lutniki ticarət katibi vəzifəsinə təsdiqləyib. SİA-nın məlumatına görə, 51 lehinə, 45 əleyhinə səslə o, Ticarət Departamentinin yeni rəhbəri olub. Biznesmen olan Hovard Lutnik “Cantor Fitzgerald” investisiya şirkətinin baş direktorudur.