Papanın vəziyyəti açıqlandı

19 Fevral 2025 01:34 (UTC+04:00)

Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Roma Papası Fransiskin səhhəti açıqlanıb. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada deyilir ki, günortadan sonra aparılan döş qəfəsinin KT müayinəsi əlavə dərman müalicəsi tələb edən ikitərəfli pnevmoniyanın erkən mərhələlərini aşkar edib. Həmçinin qeyd edilir ki, 88 yaşlı papanın ümumi vəziyyəti stabildir.