İran parlamentinin sədri Azərbaycana gəlib

19 Fevral 2025 01:17 (UTC+04:00)

İran İslam Şurasının sədri Məhəmməd Bağer Qalibaf Azərbaycana səfərə gəlib. SİA xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Bildirilib ki, Qalibafın səfərinin məqsədi Asiya Parlament Assambleyasının Bakıda keçiriləcək 15-ci plenar sessiyasında iştirak etməkdir.