İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbir nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458 min 110 vahid artıb və 2025-ci il fevralın 1-nə 1 milyon 860 min 25 olub. DVX-dən SİA-ya bildirilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430 min 225 vahid artaraq 970 min 147 təşkil edib. Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməkdə davam edir.