İlham Əliyev Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub

18 Fevral 2025 15:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.