Azərbaycan Basketbol Liqasında çıxış edən klublar yoxlama oyununda üz-üzə gəliblər

18 Fevral 2025 14:40 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında çıxış edən "Quba" və NTD klubları yoxlama oyununda üz-üzə gəliblər. SİA xəbər verir ki, qarşılaşma şimal təmsilçisinin 78:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüş Azərbaycan Texniki Universitetinin idman zalında baş tutub.