24 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

18 Fevral 2025 10:50 (UTC+04:00)

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 17-də ümumi çəkisi 24,1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 9 kiloqrama yaxın heroin, 11,7 kiloqrama yaxın marixuana və 3,4 kiloqramdan çox metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.