Ağstafada qəza olub, xəsarət alanlar var

18 Fevral 2025 09:42 (UTC+04:00)

Ağstafada yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü E.Bayramov və 2004-cü il təvəllüdlü S.Rzayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.