Məşhur müğənninin sürücülük vəsiqəsi əlindən alındı

18 Fevral 2025 06:50 (UTC+04:00)

Türkiyəli müğənni Atilla Taş içkili vəziyyətdə maşın idarə etdiyinə görə saxlanılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoxlamalar zamanı ifaçının 1.84 promil içkili olduğu müəyyən edilib. Atilla Taş 9262 lirə (təxminən 435 manat) cərimə edilib. Onun sürücülük vəsiqəsi isə 6 ay müddətinə əlindən alınıb.