İspaniya La Liqasında XXIV turun son oyunu keçirilib

18 Fevral 2025 02:51 (UTC+04:00)

İspaniya La Liqasında XXIV turun son oyununda “Barcelona” ilə “Rayo Vallecano” qarşılaşıb. SİA xəbər verir ki, gərgin keçən görüşdə yeganə qolu meydan sahiblərinin oyunçusu Robert Levandovski vurub. 28-ci dəqiqədə vurulan qol görüşün taleyini həll edib. Bununla da “Barcelona” təsnifatda birinci, “Rayo Vallecano” isə altıncı pillədə qərarlaşıb.