Bu ölkə Rusiyaya növbəti sanksiyalar tətbiq etdi

18 Fevral 2025 01:23 (UTC+04:00)

Kanada növbəti dəfə Rusiyaya sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb. Məlumata görə, sanksiya siyahısına “Volqa-Dnepr” şirkətinin iki strukturu - “Volga-Dnepr Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib.