Qazaxıstanda mədəndə yeddi nəfər dağıntılar altında qalıb

17 Fevral 2025 23:30 (UTC+04:00)

Qazaxıstanın Ulıtau vilayətinin Janaarka rayonunda yerləşən "Jomart" mədənində dağ süxurlarının uçması baş verib.

SİA Qazaxıstan FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dağıntılar altında mədənin 7 işçisi qalıb. Hazırda xilasedicilər axtarış-xilasetmə işləri aparırlar.

Hadisənin səbəbləri araşdırılır.