Numan Kurtulmuş Yaponiyanın vəliəhd şahzadə Akişino ilə görüşüb

17 Fevral 2025 19:04 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Yaponiyada səfərdədir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş Akasaka sarayında vəliəhd şahzadə Akişino ilə görüşüb.
Səfərlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Numan Kurtulmuş deyib: “Tokioda Yaponiyanın vəliəhd şahzadəsi Altes Akişino ilə görüşdük. Türkiyə-Yaponiya dostluğunun hər sahədə daha da güclənməsini arzulayır, ölkələrimiz arasındakı tarixi və köklü bağdan məmnunluğumu ifadə edirəm.

Qonaqpərvərliyinə görə, vəliəhd şahzadə Akişinoya təşəkkür edirəm''.