Baş nazir Əli Əsədov İrana işgüzar səfər edib

17 Fevral 2025 18:40 (UTC+04:00)

Fevralın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasına işgüzar səfər edib.

SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.