Konqo Demokratik Respublikası ölkə vətəndaşlarına xəbərdarlıq etdi

17 Fevral 2025 18:04 (UTC+04:00)

Konqo Demokratik Respublikası Ruanda qüvvələrinin və onların M23 üsyançı müttəfiqlərinin şərqdəki Bukavu şəhərinə daxil olaraq davam edən qarşıdurmanı alovlandırdığını açıqlayıb.

SİA-nın məlumatına görə, hökumət vətəndaşlara evdә qalmaları ilә bağlı çağırış edib.

M23 üsyançılarının Kavumu hava limanını ələ keçirməsindən sonra milyonlarla insan yurd-yuvasından didərgin düşüb və minlərlə insan həyatını itirib.