Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb

17 Fevral 2025 14:06 (UTC+04:00)

Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb. SİA məlumat verir ki,hadisə Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

2001-ci il təvəllüdlü Nail Bəkir oğlu Orucov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.