Magistrantların VIII respublika elmi konfransına tezislərin qəbuluna başlanılır

17 Fevral 2025 13:46 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində aprelin 8-9-da “Təhsildə menecment və yeni təlim texnologiyaları” magistrantların VIII respublika elmi konfransı keçiriləcək. Universitetdən SİA-ya bildirilib ki, konfrans “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Tədrisin müasir problemləri”, “Təhsildə sosial-psixoloji xidmət” elmi bölmələr üzrə təşkil olunacaq.

Tezislərin qəbulu martın 18-dək davam edəcək.