Azərbaycan Mərkəzi Bankı (AMB) və İslam İnkişaf Bankı (IsDB) arasında islam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edilib. SİA IsDB-yə istinadən xəbər verir ki, müzakirələr İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl Jasser və AMB-nin sədri Taleh Kazımov arasında keçirilən görüşdə baş tutub.
Əl Jasser IsDB-nin islam maliyyəsi çərçivəsini gücləndirmək üçün potensialın artırılması və texniki yardım vasitəsilə Azərbaycana dəstək vermək öhdəliyini bir daha təsdiqləyib. O, həmçinin Azərbaycanın bankın sukuk-una sərmayələrini təqdir edib və builki emissiyalarda davamlı iştirakı təşviq edib.