Sumqayıt şəhər birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR

17 Fevral 2025 10:57 (UTC+04:00)

Bilyard üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri müəyyənləşib. SİA Azərbaycan Bilyard Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Fuad Ocaqverdiyev turnirin çempionu adını qazanıb.

Orxan Nəsirli ikinci, Yaşar Qasımov və Samir Nərimanlı isə üçüncü yeri tutublar.