Əmtəə bazarlarında qızılın qiyməti artıb, gümüş isə ucuzlaşıb

17 Fevral 2025 09:25 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,38% artaraq 2 911,7 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,15% azalaraq 32,81 ABŞ dollarına bərabər olub.