Bakıda zəncirvari yol qəzası zamanı ata və azyaşlı övladı ölüb

17 Fevral 2025 09:08 (UTC+04:00)

Bakının Sabunçu rayonunda ağır yol qəzası qeydə alınıb. SİA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil "Renault" və "Changan" avtomobilləri ilə toqquşub.

Qəza nəticəsində "Changan"ın sürücüsü Ramin Məmmədov və onun 2 yaşlı qız övladı hadisə yerində ölüb.