“Dakar” rallisinin dördqat qalibinin ayağı amputasiya ediləcək

17 Fevral 2025 08:04 (UTC+04:00)

Yol qəzasında aldığı zədə səbəbindən "Dakar” rallisinin dördqat qalibi, fransız Matye Bomelin ayağı amputasiya ediləcək. SİA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Yanvarın 28-də Monte-Karlo rallisi zamanı Bomel avtomobildə yaranan nasazlığı düzəltmək üçün yolun kənarında dayanıb. Bu zaman digər avtomobil onu vurub. Qeyd edək ki, 49 yaşlı Bomel 2015, 2019, 2022 və 2023-cü illərdə "Dakar” rallisinin qalibi olub. O, qətərli Nasser əl-Attiyahın şturmanı olub