Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və yaralanan var

16 Fevral 2025 21:10 (UTC+04:00)

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili Xudat- Qusar yolunun Kəndxudat kəndi ərazisindən keçən hissəsində yoldan çıxaraq qoz ağaclarına çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü, Xudat şəhər sakini olan gənc oğlan dünyasını dəyişib. Qəzada ağır yaralanan xanım sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.