Jeep Wrangler-in məxfiliyi ləğv edildi…

16 Fevral 2025 22:36 (UTC+04:00)

…Jeep Recon-un rəsmi fotoları yayılıb. Elektrikli yolsuzluq avtomobili bu ilin sonunda debüt edəcək.

SİA xəbər verir ki, bu barədə Amerika avtomobil istehsalçısının saytında məlumat verilib.

Jeep Recon elektrik avtomobili zahiri olaraq 2022-ci ildə təqdim edilən pre-istehsal konseptindən heç də fərqlənmir. Bu, ikicildlik profili, yüksək kapotu, kütləvi bamperləri və genişləndirilmiş təkər tağları olan klassik yolsuzluq avtomobilidir.

…Yeni 2026 Jeep Recon Wrangler-ə elektrik alternativi kimi yerləşdirilib. Benzin versiyasında olduğu kimi, zəruri hallarda dam və qapılar çıxarıla bilər.

Jeep Recon elektrokarı ciddi yolsuzluq üçün uyğunlaşdırılacaq, çünki o, yolsuzluq şinləri, gövdəaltı qoruyucu, elektrik diferensial kilidləri və müxtəlif növ yol səthləri üçün bir sıra idarəetmə rejimləri alacaq.

Yolsuzluq avtomobili, həmçinin Jeep Wagoneer S elektrik avtomobili tərəfindən istifadə edilən STLA Large platformasında qurulub.

…Və 100 kW∙h batareya ilə 710 N∙m və 600 at gücünə malik versiya sonra görünə bilər.

Nazlı Almuradova