Azərbaycanın daha iki cüdoçusu bürünc medal qazana bilər

16 Fevral 2025 14:51 (UTC+04:00)

Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazana bilər. SİA-nın məlumatına görə, Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) üçüncü yer uğrunda görüşə vəsiqə qazanıblar.

Bu gün tatamiyə çıxan digər yeddi idmançı isə medal şansını itirib.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.