Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq

16 Fevral 2025 14:15 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 17-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.