Azadlıq prospekti istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB

16 Fevral 2025 13:50 (UTC+04:00)

Nəsimi rayonu, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələrinin kəsişməsində yolda təmir işlərinin aparılması səbəbindən Azadlıq prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.