68 yaşlı kişi küçə itlərinin hücumuna məruz qalıb

16 Fevral 2025 13:00 (UTC+04:00)

Gəncədə 68 yaşlı kişi küçə itlərinin hücumuna məruz qalıb, vəziyyəti ağırdır. SİA-nın məlumatına görə, başından və bədəninin bir çox nahiyəsindən ağır xəsarətlər alan 68 yaşlı K.Səfərov xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.